+994 70 217 20 70

ANA SƏHİFƏ / HAQQIMIZDA

HAQQIMIZDA

Merinos fabrikinin 80 ilə yaxın yaşı var. 1938-ci ildə Bursada açılmış, əvvəlcə tekstil fabriki kimi fəaliyyətə başlamış Merinos sonralar Türkiyənin ən böyük xalça və mebel brendinə çevrilmişdir. Merinos Türkiyə tarixi üçün  həm də rəmzi məna kəsb edir. Bu fabrikin yaradılmasında Türk dünyasının atası Mustafa Kamal Atatürkün mühüm xidmətləri olub. Fabrikə Merinos adının verilməsi də Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün adıyla bağlıdır. Mustafa Kamal Paşa fabrikə Merinos adını qoymaq qərarına necə gəldiyini belə açıqlamışdır. “Merinos – öztürkcə bir kəlmədir və incə, uzun yun mənasını verir. İspaniyaya gedən İber türklərinin qoyunları və yunları bu adla adlandırılmışdır. Bu səbəbdən Merinos bu fabrik üçün çox uyğun bir addır”.

Bu gün Türkiyənin xalça və mebel sənayesində böyük pay və söz sahibi olan Merinos şəbəkəsi dünyanın bir çox ölkələrində təmsil olunur.

Merinos mebelin Azərbaycan nümayəndəliyi 2007-ci ildən fəaliyyətə başlayıb. Yüksək keyfiyyətli xidmət səviyyəsi ilə yataq, qonaq, divan dəstlərinin, gənc və uşaq mebellərinin 400-dən artıq çeşidi ilə alıcılara xidmət göstərən Merinos Mebel Azərbaycanda mebel satışında liderlərdən biridir.

Türkiyənin “Merinos”, “Saloni”, “Aldora”, “Rendi”, “MNS” kimi məşhur mebel markalarının təmsilçisi olan şirkətimiz alıcılara bol çeşidli, yüksək keyfiyyətli, komfortlu mebelləri münasib qiymətlərlə təqdim etməyi qarşıya məqsəd qoymuşdur.

Dövrün modern və funksional dizaynlarını ən son texnoloji yeniliklərlə alıcılara təqdim edən Merinos Mebel bir-birindən fərqli kolleksiyalarla evlərinizə gözəllik və rahatlıq bəxş etməyə davam edir. Merinos Azərbaycan Babək prospekti 64 ünvanında və Riyad ticarət mərkəzində yerləşən geniş və bol çeşidli mağazaları ilə xidmətinizdədir.

Mağazalarımıza buyurub məhsullarımızdan faydalana bilərsiniz.


Merinos Mebeldə 1+1 kampaniyası. Yataq və divan dəstlərindən birini alana qonaq dəsti hədiyyə. İndi Merinos Mebeldən Türkiyə istehsalı olan yüksək keyfiyyətli, incə zövqlə hazırlanmış rahat yataq və divan dəstlərindən birini alana Qonaq dəsti hədiyyə edilir. İki mebel dəstini birinin qiymətinə almaq, münasib qiymətə zövqünüzü oxşayacaq mebellər ilə evinizə təkrarsız gözəllik və ruh oxşayan rahatlıq bəxş etmək istəyirsinizsə, tələsin. Çünki kampaniyaya daxil olan mebel dəstlərinin sayı məhduddur. Ən əsası, kampaniya 2017-ci ilin yeni kolleksiyasına daxil olan mebellərə şamil olunur. Merinos Mebel mağazaları bir-birindən gözəl, göz oxşayan mebellərin geniş çeşidləri ilə yolunuzu gözləyir.