Ortopedik matrasın faydaları nələrdir?


         Ortopedik matras – döşək yuxuda 8 saatını keçirən insanın onurğasını düzgün vəziyyətdə saxlamasına səbəb olur.
 
Yatarkən başı, onurğası düzgün vəziyyətdə olmayan insanın həm daxili orqanları, həm dayaq-hərəkət funksiyaları, həm əsəb-sinir sistemi normal işləmir və yüklənir.
Hər insanın bədəninin konturlarına, ağırlığına, sümük quruluşuna uyğun davranan ortopedik döşəklər əzələ-sinir sistemini rahatladır, insana rahat və sağlam yuxu bəxş edir.
 
Ortopedik döşəklər kimlərə lazımdır:
 
-Uşaq və yeniyetmələrə mütləqdir – çünki yenicə formalaşan sümük-əzələ sistemini düzgün yönəldir
-Onurğasında problem olanlar, bel boyun disklərarası yırtıqlar olanlara– döşək onurğanın fizioloji olaraq düzgün vəziyyət almasına kömək edir
-Revmatizması olanlar
-Skoliozu olanlar
-Allergiyası olanlar
-Mədə reflüksü, qrıjası olanlar
-Gərgin, əsəbi, nevroz, depressiyada olan insanlara, yuxudan yorgun ayılanlara
-Yuxu pozulması olanlara
-Hamilə qadınlara
-Çəkisi həddən artıq ağır olanlara

Digər yazılar