Yumşaq mebel seçərkən nələrə diqqət etməli

Yaxşı bir divan dəsti,evinizə edə biləcəyiniz ən böyük mebel sərmayələrindən biridir. Divan dəstləri onilliklər boyunca sizi müşayiət edir və buna görə də evinizin ən əhəmiyyətlisidir.
Müasir dövrdə, xüsusilə də metropollərdə otaqların ümumi sayı az olduğundan dolayı salonda olan künc divan dəstinin yataq və sandıq olması daha əlverişlidir.
Eyni zamanda kiçik evlərin salonunda künc divanının olması daha böyük və geniş bir görüntü verəcəkdir. Böyük evlərin salonunda isə daha böyük ölçülü künc divanı seçilə bilər.
Parça seçimi vacibdir; ləkə göstərməyən, silinə bilən, tərlətməyən yumşaq toxumalı parçalara üstünlük verməliyik. Salonlarımızda məxmər, sonil və teflon parçalar seçilməlidir. Yumşaq mebeldə, sintetik viskon və kətan ideal seçimdir. Son vaxtlarda, kreslolalarda suni dəri istifadə edilir, çünki dəri çox bahalıdır. Suni dərinin təmizlənməsi daha asantdır.
 
 Əgər həqiqətən yaxşı bir mebel əldə etmək istəyirsinizsə, aşağıdakıları nəzərə alın:
1.     Parçanın keyfiyyətli olduğuna diqqət yetirin.
Bir neçə il içində deformasiyaya uğrayacaq parçaya sahib divan dəstini qətiyyən almayın.Təəssüf ki, yaxşı olmayan bir parça uzun illər sizi xoşbəxt edə bilməz. Divan dəstləri eyni zamanda maliyyə yatırımı olduğu üçün keyfiyyətli bir parçaya sahib olduğuna diqqət yetirin. Çox ucuz və faydasız, çox gözəl və bahalı mebel almaq mümkündür.
2.     Tünd rəngli mebeli nəyisə göstərməz deyə seçməyin.
Bu maddə tamamilə sizin stilinizlə əlaqəli bir detaldır. Bilirik ki, divan dəsti çirklənər deyə insanlar daha çox tünd rənglərə üstünlük verirlər. İçki, şirə tökülər, pişik və ya itimin tükləri görünər deyə əgər açıq rəngli mebel əvəzinə tünd rəngli mebel almaq istəyirsinizsə bu fikirdən əl çəkin.
Vacib olan sizin zövqünüzə uyğun olan mebelə sahib olmaqdır.
3.     Yastıqlara diqqət yetirin.
Yastıqlarınızın keyfiyyətli olduğundan əmin olun. İçərisində dərhal deformasiya olunan materiallar olan yastıqlar yaxşı deyildir.
4.     Kreslonun skeletinə diqqət yetirin.
Ən yaxşı divanlar ikiqat çivilidir, künc blokları ilə təchiz edilmiş və hər iki tərəfə əyilmişdir. Kreslonuzun skeletinden əmin olun, yoxsa onu bir neçə il ərzində dəyişdirmək məcburiyyətində qalarsınız.
5.     Otağınızın ölçüsünə uyğun bir divan dəsti seçin.
Divan dəstini seçməzdən əvvəl evinizi ölçməyi unutmayın. İstədiyiniz kresloların bu ölçülərə uyğun olub olmadığını yoxlayın. Birincisi, otaq şəklini və funksionallığını nəzərə alaraq lazım olan mebel ölçüsünün və formasını qərar verin.
6.     Zəmanət müddətinə diqqət yetirin.
Mebel almazdan əvvəl, divan dəstinizin skeletinə yoxsa parçasına zəmanət verildiyinə və neçə il zəmanət verildiyinə diqqət yetirin. 

Digər yazılar