Ortopedik döşək - döşək 8 saat yatan insana onurğa sütununu düzgün vəziyyətdə saxlamağa kömək edir.
İnsan başı və onurğası yanlış vəziyyətdə yatdıqda onun daxili orqanları, dayaq-hərəkət sistemi, sinir sistemi düzgün işləmir və həddindən artıq yüklənir.
Hər bir insanın bədən konturuna, çəkisinə və sümük quruluşuna uyğun davranan ortopedik döşəklər dayaq-hərəkət sistemini rahatlaşdırır, insana rahat və sağlam yuxu bəxş edir.
Kimə ortopedik döşək lazımdır:
- Mütləq uşaqlar və yeniyetmələr üçün - çünki o, yeni formalaşmış dayaq-hərəkət sistemini düzgün istiqamətləndirir.
- Onurğa sütununda problem olan, disk yırtığı olan insanlar üçün - döşək onurğanın fizioloji cəhətdən düzgün mövqeyini tutmağa kömək edir.
- Revmatizmdən əziyyət çəkənlər
- Skoliozlu insanlar
- Allergiyası olan insanlar
-Mədə reflü, yırtığı olan insanlar
- Gərgin, əsəbi, nevroz, depressiyada olanlar, yuxudan yorğun oyananlar
- Yuxu pozğunluğu olanlar üçün
-Hamilə qadınlar
-Artıq çəkisi olanlar üçün