Mebel alınan vaxt bunlara diqqət yetirmək lazımdır

Mebel alınan vaxt bunlara diqqət yetirmək lazımdır

Türkiyə Mebel Sənayeçiləri Dərnəyi (MOSDER), istehlakçıların mebel alışlarında diqqət etməsi lazım olan xüsusiyyətləri açıqlayıb: “Keyfiyyətli mebel istifadə etmək istəyənlər mütləq markalı mebel seçməlidir. Yeni evlənəcək cütlüklərə isə ən böyük tövsiyə; Onlar kirayə evdə yaşayırlarsa minimal mebellərə üstünlük verməlidirlər… ”


Türkiyə Mebel Sənayeçiləri Dərnəyi (MOSDER) qarşıdan gələn toy mövsümü ilə əlaqədər, mebel alacaq gənc cütlüklər üçün və mebelini dəyişdirmək istəyən fərdlərə, mebel alarkən nələrə diqqət etmələri lazım olduqlarını açıqlayıb. Mebel alarkən məhsulun keyfiyyəti və davamlılığına zərər yetirəcək maddələrdən hazırlanıb-hazırlanmamasına, istehlakçı təhlükəsizliyinə uyğunluq, markalı mebeldən seçim edilməsi və standartlara uyğun istehsal sənədlərinin olması kimi xüsusiyyətlərin araşdırılmasının vacibliyini vurğulayıb.

 

Mebel üçün ən dözümlü ağac hansıdır ?

MODSNER, mebeldə taxta seçimini qarağac, palıd, ağacaqayın, qoz və bu kimi ağaclardan edənlərin, bu ağacların davamlılığı sayəsində mebellərini uzun illər istifadə edə biləcəklərini açıqlayıb.

Markalı mebeldən istifadə eyməyin üstünlükləri nələrdir?

Markalı mebel firmaları; müəyyən sistemlər, standartlar, ictimai məsuliyyətlər və keyfiyyət standartları çərçivəsində işlədikləri üçün, istehlakçının etibarlar istifadə etməsini təmin edir.  İstifadə müddəti ərzində müştəriyə verdiyi inamlı xidmət, üstünlüklərin əsasıdır. Digər tərəfdən, markalı mebel firmaları tərəfindən təqdim edilən qiymət-keyfiyyət əlaqəsi, istifadəçidə etibarlılıq hissi yaradır.

Taxta mebel yığarkən nəzərə alınması lazım olan şeylər:

-Şkaf qapaqları yaxşı bağlanmalıdır.
-Siyirtmələr asan sürtünməlidir.
-Siyirtmə içləri təmiz olmalıdır; (tilişkə, budaq və s.).
-Uzun olan rəflərdə orta dəstək olmalıdır.
-Sürgülü qapılar və şkaflar cırıldamamalı və asanlıqla sürüşməlidir.
-Uzun qapılar möhkəm rəzələrlə yaxşıca dəstəklənməlidir.
-Mebelinin konstruksiyası sağlam və təhlükəsiz olmalıdır.
-Daxili səth yerləri hamar səthli olmamalıdır.
-Stol ayaqları  bir-biri ilə uyğun olmalıdır.

 

Parça ilə örtülü mebel alarkən diqqət edilməsi vacib olan məqamlar:

-Söykənəcəyi iynəsiz və düzgün olmalıdır.
-Skeleti qüvvətli olmalıdır; Cırıldamır, sallanmamalıdır.
-Skelet və guşələr parça ilə yaxşı örtülmüş olmalıdır.
-Künclər yaxşı birləşdirilmiş və yapışdırılmış olmalıdır.
-Tikişlər və nazik lentlər düzgün olmalıdır.
-Naxışlar ortalanmış olmalı və cizgilər, tikişlər uyğun olmalıdır.
-Yastıqlar elastik olmalı və kresloyla tam uyğun olmalıdır.
-Divan və kreslo üzərindəki düymələr möhkəm  tikilmiş olmalıdır.
-Daim istifadə ediləcək olan yerləri möhkəm və sıx toxunmuş olmalıdır.
-Təmizləmək üçün çıxarılabiləcək parçalar yırtılmayan məhsuldan düzəldilmə olmalıdır.
-Hər mövqe üçün tarazlığı yaxşı hazırlanmış olmalıdır.

 

Share this post:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir