Ofis mebelinin keyfiyyəti nədən asılıdır?

Ofis mebelinin keyfiyyəti nədən asılıdır?

Ofis mebelinin keyfiyyətini material, komplektləşdiricilər və emal keyfiyyəti müəyyən edir. Ofis mebeli, əsasən laminə edilmiş ağac – yonqar plitələrindən (LDSP) hazırlanır. DSP – ni dekorativ kağız – qətran plyonkası ilə laminə edirlər. Prosesin özü laminasiya adlanır, ancaq kağız melamin qətrana hopdurulduğundan laminə edilmiş plitələri melaminli adlandırırlar.

Qətranlar bərkiyir və kağızla birlikdə möhkəm, plitədən bərk yapışmış üst qat əmələ gətirir. Bu nazik, ancaq möhkəm qat bir neçə problemi həll etməyə imkan verir: havaya zərərli formaldehid qətranlarının daxil olmasının qarşısını alır və plitəni nəmlənməyə qoymur, bu da onun şişməsinə mane olur. Bu qat mexaniki təsirlərə qarşı davamlıdır, yanmır və zaman keçdikcə rəngi qaçmır. Laminə olunmuş və ya melaminli DSP – ofis mebeli istehsalı üçün ideal materialdır. O, çox baha deyil, praktik və universaldır.

Müasir texnologiyalar LDSP – ni müxtəlif rəng çalarlarında – təbii ağaca bənzər və ya müasir birtonlu rənglərdə istehsal etməyə imkan verir. Rəng çalarlarından başqa melamin örtüklərin səthi də müxtəlif ola bilər. Hamar, çıxıntılı, “ağaca bənzər”, rustikal LDSP – lər istehsal olunur.

Istehsalçılar müxtəlif qalınlıqlı plitələr istehsal edirlər. LDSP – nin qalınlığı 8, 10, 16, 18, 22, 25, 28 mm ola bilər. Ofis mebelinin istehsalı üçün əsasən 16 – dan 25 mm – ə qədər qalınlıqlı plitələrdən istifadə olunur. Plitə nə qədər qalın olsa mebel o qədər keyfiyyətli olar. Plitənin qalınlığı mebelin istifadə müddətinə təsir edir. 25 mm – lik LDSP – dən olan mebel ciddi və möhtəşəm görünür.

Mebel istehsal edərkən detalların kəsimindən sonra LDSP – nin kənarı bantlanır. Bir qayda olaraq, ofis mebelinin istehsal edərkən plovinil – xlorid kənar bantlardan (PVX) istivadə olunur. Bu material nəmlikdən qorxmur və çox möhkəmdir. PVX kənarlardan başqa bazarda melamin kənarlar da satılır. Onlar ucuzdur, ancaq keyfiyyəti və uzun ömürlülüyünə görə nisbətən geri qalır.

Buna görə də ofis mebelində plitələr PVX kənarlarla bantlanır. Onlar böyük müxtəlifliyi ilə fərqlənir. Xarici istehsalçıların kənar bantları keyfiyyətinə görə fərqlənir: PVX kənar bantlar müxtəlif qalınlıqlı olur: 0,4 mm, 1 mm və 2 mm. Nisbətən qalınlar bir qədər bahadır, ancaq uzun ömürlüdür. Onlar mebelə ciddi və möhtəşəm görüntü verir. Nazik kənar bantlar qiymətdə qənaət etmək üçün az istifadə olunan elementlərdə: dolablarda, tumbalarda istifadə olunur.

Kənarların işlənməsi çox məsuliyyətli mərhələdir. Avadanlığın keyfiyyətindən və kənar bantlama texnologiyasının istifadə dəqiqliyindən mebelin xarici görünüşü və kənar bantın özünün uzun ömürlülüyü asılıdır. Yalnız idxal olunmuş avadanlıq nazik tikiş yeri əmələ gətirməklə kənarların səthə tam perpendikulyar bantlamasına imkan verir. Kənar bant düz, qopuqsuz olmalıdır. Kənar bantlama detala bitmiş forma verir, eyni zamanda LDSP – nin nəmlənmədən qoruyur.

Mebel aksesuarları funksionallığı təmin edir və mebelin statusunu müyyən edir. Ancaq mebel nə qədər ucuzdursa,  aksesuarların dəyəri məhsulun son qiymətinə o qədər güclü təsir edir. “Ekonom” sinif ofis mebelində aksesuarların dəyəri 17 % – ə qədərdir. Plastik aksesuarların görünüşü o qədər də yaxşı olmur və ömrü qısadır. Metal aksesuar və dekorlar nisbətən xoş görünüşə malikdir. Azərbaycan bazarlarında ofis üçün aksesuar təklifi kifayət qədər çoxdur. Ofis mebelini seçərkən metalın keyfiyyətinə, istehsalçıya fikir vermək lazımdır. Çin təchizatçıları ucuz, ancaq keyfiyyətsiz məhsul təklif edirlər, Avropa və Türkiyə məmulatları estetik və müasirdir, ancaq nisbətən bahadır.  Mebel seçərkən xarici görünüşə və mebelin etibarlılığına fikir verin.

Mebel seçərkən hazırlama prosesi çox vacibdir. Istehsalçıdan mebel alarkən onun hansı avadanlıqda istehsal olunduğunu dəqiqləşdirin. Müasir kəsmə mərkəzləri nəinki işin səmərəliliyini artırır, həm də detalların hazırlanmasında dəqiqliyə nail olmağa imkan verir. Mebel avadanlığının avtomatlaşdırılması və kompüterləşməsi dəzgahları məsafədən, texnoloqun otağından idarə etməyə, avadanlığı mütəmadi olaraq yoxlamağa və hətta işə düzəliş etməyə imkan verir. Bir çox istehsal proseslərinin avtomatlaşdırılması məhsulun keyfiyyətinə xüsusən də müasir kadr çatışmamazlığı şəraitində müsbət təsir göstərir.

Mebelin saxlanması və daşınması çox vacib mərhələdir, mebelin keyfiyyətinə təsir edir. Mebel saxlanılan anbarlar isidilməlidir. Soyuq yerlərdə plitələrdə kondensat əmələ gələ bilər. Nəmişlik kif yaranmasına, LDSP – nin şişməsinə səbəb olur. Xüsusi, qızdırılan anbarlarda mebeli uzun müddət saxlamağa imkan verən optimal rütubət və temperatur təmin edilir.

Mebel etibarlı paketlənməlidir. Qofrokarton və polietilen detalların daşınması üçün mütləq şərtdir. Plitələr uzununa düzülməli və bir birinə toxunmamalıdır ki, qopuqlar və əyilmələr olmasın. Çatdırılma zamanı paketləmənin bütövlüyünə fikir verir. Zədələnməmiş quru paket – peşəkar daşınmaya təminat verir.

Share this post:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir